​“Putinin NATO-su”nun iclasının təxirə salınmasının ŞOK SƏBƏBİ

Baxış sayı:
5845

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 6-da gözlənilən iclasının təxirə salınması siyasi xarakter daşıyır”.
Muxalifet.az publik.az-a istinadən xəbər verir ki, bu barədə “Sasna srer” partiyasından deputatlığa namizəd Stepan Qriqoryan deyib.
Onun sözlərinə görə, bu, Putinin Nikol Paşinyana dəstəyinin göstəricisidir.
“Məlumdur ki, Ermənistan rəhbərliyi təşkilatın 6 dekabrda gözlənilən iclasında baş katib məsələsinin öz xeyrinə həll olunacağına ümid edirdi, lakin bu olmaya da bilərdi. Bu isə seçki qabağı dövrdə Nikol Paşinyanın reytinqinə zərbə vura bilərdi”, - deyə o bildirib.