“Putinin NATO-su” erməni generalı VƏZİFƏSİNDƏN AZAD ETDİ

Baxış sayı:
3316

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda təşkilatın saytında bildirilir. Xatırladaq ki, iyulun sonunda Yuri Xaçaturov İrəvana dindirməyə çağırılmışdı. Ermənistanın Xüsusi İstintaq Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilirdi ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nın baş katibi onda həbs edildi, amma sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxıldı. Xaçaturov azad edilməsi üçün 5 milyon dram girov qoyulmuşdu.