​Putinin köməkçisi: “NOYABRIN 10-da TRAMPLA GÖRÜŞƏCƏKLƏR”

Muxalifət.az xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın görüş tarixləri bəlli olub. Putinin köməkçisi Yuri Uşkov iki ölkə prezidentlərinin noyabrın 10-da görüşə biləcəklərini deyib.
Bundan əvvəl RF XİN rəhbəri Sergey Lavrov Vyetnamda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində noyabarın 10-11-də görüşə biləcəkləri xəbərini vermişdi.
ABŞ prezidenti isə rusiyalı həmkarı ilə görüşün vacib olduğunu bildirmiş, Pxenyana təzyiq və Ukraynada sülh məsələlərini müzakirə eləməli olduqlarını demişdi.