Putinin işçisi koronavirusa yoluxdu - KREMLDƏ HƏYƏCAN

Baxış sayı:
435

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Prezident Administrasiyasında koronavirusa yoluxma halı qeydə alınıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Prezident Administrasiyasında çalışan bir nəfərdə koronavirus aşkar edildiyini söyləyib, bununla əlaqədar zəruri sanitar-epidemioloji tədbirlər görüldüyünü bildirib. O, xəstəliyə yoluxmuş əməkdaşın prezidentlə təmasda olmadığını söyləyib.

Ümumilikdə Moskvada 703 yoluxma halı qeydə alınıb.