​Putinin iqamətgahına hücum planı: 4-5 noyabrda...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun təxribat planlaşdıran üzvlərini yaxalayıb.
Muxalifet.az xəbər verir ki, barədə FTX məlumat yayıb.
Belə ki, qruplaşma üzvləri 4-5 noyabr tarixlərində prezident administrasiyanın binasını yandırmağı və polis məntəqəsində “Molotov kokteyli” ilə hücum etməyi planlaşdırıblar.
Təxribatçılar Rusiyanın Moskva, Krasnoyask, Krasnodar, Samara və Saratov da öz niyyətlərini həyata keçirməyi nəzərdə tutubmuşlar.
Açıqlamada saxlanılan şəxslərdə bağlı ətraflı məlumat verilməyib.