Putinin imperialist siyasətinə qarşı GÜRCÜ DİRƏNİŞİ - Tiflisdə baş verən olaylar nə ilə nəticələnəcək?

Baxış sayı:
3446

Gürcüstandakı hadisələr nəticəsində 240 nəfər xəsarət alıb; deputat Azər Süleymanov: “Növbədənkənar parlament seçkisi olmalıdır, bu dövləti kimlərinsə ayaqaltısı etmərik”

Gürcüstanın paytaxtı Tiflisdə etirazçılar və polis arasında baş verən qarşıdurmalar zamanı 70-dən çox insan xəsarət alıb. Xəsarət alanların 30-u etirazçı, 39-u isə polis əməkdaşıdır. Aksiyalarda jurnalistlər də yaralanıb. Səhiyyə nazirinin müavini 240 nəfərin xəsarət aldığını qeyd edib.

Etirazlara səbəb Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasıdır. Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifəti və vətəndaş cəmiyyətini ayağa qaldırıb.

Etirazçılar spiker İrakli Kobaxidze, daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb edirlər.

Bdzina İvanişvili xalqın yanında olduğunu və assambleyanın iclasının dərhal dayandırılmasını istəyib.

Sonra “Gürcü Arzusu”nun Siyasi Şurasının təcili iclası olub. Azərbaycana səfərini yarımçıq qoyan spiker İrakli Kobaxidze də iclasa qatılıb. Gürcüstan siyasətçiləri baş verənləri İrakli Kobaxidze və deputat Zakariya Kuçnaşvilinin üzərinə atmağa çalışırlar.

44aeede4-6224-4f52-8262-08b72a1ee0c0.jpg (52 KB)

Sabiq prezident Mixail Saakaşvili isə feysbukda yazıb ki, “Gürcü Arzusu” Partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü müxalifət birləşməlidir.

Onun sözlərinə görə, baş verənlərə məhz hakim partiya məsuliyyət daşıyır. Saakaşvili İvanişvilinin əmri ilə Abxaziya və Cənubi Osetiya ilə sərhəd olan Şida Kartli bölgəsi yaxınlığında yerləşən xüsusi təyinatlı dəstələrin Tiflisə gətirildiyi və onların etirazların dağıdılması üçün istifadə ediləcəyinə dair məlumat paylaşıb.

Parlamentlərarası Pravoslav Assambleyasının iclasının pozulması radikallar tərəfindən əvvəlcədən düşünülmüş aksiya idi.

Rusiya Dumasının deputatı, Tiflisdə baş verən iğtişaşlarda əsas fiqur olan Sergey Qavrilov deyib ki, radikallar bunu Rusiya ilə Gürcüstanın münasibətlərini çətinləşdirmək üçün edib.

Qavrilovun iddiasına görə, guya Tiflisdə ona qarşı gerçəkləşdirilən aksiya ingilisdilli təlimatçılar tərəfindən idarə edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, baş verənlər rusofob təxribatdan başqa bir şey deyil: “Rusiya vətəndaşları barəsində təcavüzkarlıq hallarının olması bizi ciddi narahat edir.

3184ef1e-cf63-458b-8fb9-92dd66e815b4.jpg (38 KB)

Gəlin unutmayaq ki, Gürcüstan mütəmadi olaraq xeyli rusiyalı turistin getdiyi ölkədir, buna görə də, bu, ciddi məsələdir".

Gürcüstan prezidenti Salome Zurabişvili yaydığı bəyanatda qeyd edib ki, parlamentdə baş verən skandal böyük cinayətdir.

Zurabişvili parlament qarşısında etirazların süni dalğa yaratdığını və antidövlət fəaliyyəti daşıdığını vurğulayıb. O, həmçinin Rusiyanın “beşinci kolon”unun bu gün həddən artıq təhlükəli olduğunu deyib: “Mən bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq.

Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb".

8401e5dc-9291-467d-baf5-2b7a40990574.jpg (74 KB)

Gürcüstanda Saakaşvilinin Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov “Yeni Müsavat”a baş verənlərlə bağlı bildirdi ki, Bakıda keçirilən QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasından geri qayıtmalı olublar:“Azərbaycan prezidenti ilə görüşməliydik. Bu hadisələrlə əlaqədar qayıtdıq. Tiflisdə keçirilən etirazları yatırmaq üçün gözyaşardıcı qaz, rezin güllələrdən istifadə edilib. İşğalçı dövlətin Gürcüstana qarşı olan deputatının spikerin yerində oturması xoşagəlməz haldır. Ona görə də əhalinin gözləməyə vaxtı qalmamışdı. Gürcüstan Rusiyanın yumruğu altına qayıtmaq istəmir”.

Azər Süleymanov ile ilgili görsel sonucu

Azər Süleymanov

Deputat hesab edir ki, İvanişvili və onun təyin etdiyi prezidentin xarici siyasəti yenidən parlament seçkisi keçirməyi zəruri edir: “Zurabişvili İvanişvilinin əli ilə təyin edilmiş saxta prezidentdir. Onun hər çıxışı Gürcüstana qara ləkədir, ölkəni dibə aparır. Bu gün Gürcüstan siyasi-iqtisadi böhran içindədir, işğalçı dövlət isə bizə meydan oxuyur”.

48897f36-bdef-4193-a1d4-8746076eddf0.jpg (98 KB)

A.Süleymanov aksiyaların davam edəcəyini açıqladı. O, hakimiyyət rəsmilərinin baş verənlərdə Saakaşvilini ittiham etməsinə belə şərh verdi:

“Saakaşvili dövlət qurdu, rels üstündə qatar verdi. 8 ildir ölkə bu qatar üstündədir. Saakaşvili Poroşenkoya da demişdi ki, oliqarxiya Ukraynanı çökdürüb. Eləcə də oliqarx İvanişvili Gürcüstanı çökdürür.  Saakaşvili 7 ildir ki, Gürcüstanda yoxdur. Ancaq görün nə qədər acizdirlər ki, günahı keçmiş prezidentdə axtarırlar. Günahkar axtarışına çıxmaqdansa, Gürcüstanı katostrofik vəziyyətə apardıqlarını görsünlər. O baxımdan hakimiyyətə sağlam qüvvələr gəlməlidir. İndiki iqtidar cibinə xidmət edir. Hakimiyyət xalqın səsini eşitməlidir. İmkan vermərik ki, oliqarxlar insanları bu vəziyyətə salsın. Bu gün Gürcüstan vətəndaşları kütləvi şəkildə ölkəni tərk edir, gənclər Avropaya axışır. Ölkəyə turist gəlsə də, insanlar ofisiantdır, taksidir, aldıqları ailələrini yaşatmağa çatmır, işsizlikdir.

Gürcüstanda lari dəyərini itirdi, amma pensiya, maaş artmadı. Ölkə 90-cı illərə qayıtdı.

225409cb-d1e2-4fd8-82ff-2ad9e065ce0a.jpg (78 KB)

Bu baxımdan aksiyalar davam edəcək, proporsional parlament seçkisi keçirilməsi üçün 300 min imza toplamışıq, artıq hökumətin istefası tələb olunur, növbədənkənar parlament seçkiləri təyin edilməsi istənilir". 

5f09c7a8-81a9-4f3f-aa90-5a29c35da311.jpg (134 KB)

Gürcüstan deputatı ölkənin hər yerində “rus barmağı” olduğunu vurğuladı: “Bir az da belə getsə, Gürcüstan Rusiyanın forpostuna çevrilə bilər. Saakaşvili sıfırdan ölkə yaradıb. Təbii ki, onun səhvləri olub. Amma 2012-də dövlət qurub getdi. O, Ukrayna vətəndaşıdır, vətənin qapıları üzünə açıqdır, amma vəzifəyə gəlmək arzusu yoxdur. Sadəcə, Gürcüstanı vəziyyətdən çıxarmaq lazımdır.

Biz vətənimizi, dövlətimizi qorumağa hazırıq. Bu dövləti kimlərinsə ayaqaltısı etmərik. Eyni zamanda Azərbaycan dövləti ilə qardaşlıq münasibətlərini yüksək səviyyədə saxlamalıyıq". 

19746007-938c-4687-ad03-3e35087bc444.jpg (75 KB)

“Bildiyim qədəri müxalifətdə olanların ssenarisi ondan ibarət idi ki, mitinq iştirakçıları tərəfindən parlament binası tutulsun. Bu da onların inqilab planının başlanğıcı idi”.

Bu sözləri isə modern.az-a hakim “Gürcü Arzusu” Partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev deyib.

Parlamentari hadisələrin cəmiyyət üçün çox böyük təhdid olduğunu xüsusi vurğulayıb: “Fəlakət dolu ssenarilər düşünülmüşdü. Hüquq-mühafizə orqanları baş verənlərə adekvat cavab tədbirləri həyata keçirdilər”.

Günorta saatlarında məlum olub ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifəni tərk edib./Musavat.com