​PUTİNİN İLLƏRLƏ SAXLADIĞI SİRR ORTAYA ÇIXDI

Baxış sayı:
4702

Vaxtilə Rus kəşfiyyat agentliyi - “KQB – nin casusu olduğu deyilən Rusiya prezidenti Vladimir Putinin 1970-ci illərdə universitetdə tələbə olduğu zaman filmlərdə dublor kimi çalışdığı məlum olub.
Muxalifət.az xəbər verir ki, bu haqda Putininin yaxın dostu, keçmiş atlet Vasili Şestakov ölkə qəzetlərindən birinə verdiyi müsahibəsində danışıb. O bildirib ki, Rusiya lideri tələbəlik illərində əlavə pul qazanmaq üçün filmlərdə dublyor kimi çalışıb.
Şestakov deyib ki, 1972-ci ildə o, “Batalyon” və 1774-cü ildə çəkilmiş “Blokada” filmində Putinlə birgə alman əskərinin obrazını canlandırıblar: “O vaxt dublyorluğa görə yaxşı pul verirdilər. Mühəndis kimi ayda 110 rubl (təqribən 132 dollar) pul alıqdım. Amma filmlərdə çalışdığımız günə 75 rubl (təqribən 95 dollar) qazanırdıq. O dövr üçün bu, çox yaxşı pul idi”.
Eyni zamanda vaxtilə atlet olan, amma sonradan peşəkar dublyor kimi çalışan Nikolay Vasilinin də Putinin o dövrlərdə dublyor kimi çalışdığını deyib.