Putinin GİZLİ SURİYA PLANI

Baxış sayı:
7036

Rusiya, üzərində çalışdığı böyük Suriya planının əsas maddələrini Amerikayla razılaşdırmağa hazırlaşır.
 
Afrin, Fərat çayının şərqi və Deyrizoru da əhatə edən üç mərhələli planın ana xətlərini görüşmək üçün bütün Yaxın Şərq strategiyasının və Suriya kontekstindəki Kürd siyasətinin baş memarı olan Vitaly Naumkin fevralın 27-də Vaşinqtona gedir.
Bu toplantı daha əvvəl keçiriləcəkdi, ancaq Türkiyə baxımından tez olduğu düşünülərək Rusiya tərəfindən təxirə salınmışdı. “Zeytun Budağı” əməliyyatının Rusiya ilə daha əvvəl danışıldığı kimi bir mərhələyə gətirilməsindən sonra Putin artıq zamanın gəldiyini düşünərək, Naumkini ABŞ-a göndərir.
 
BÖYÜK OYUN
 
Rusiyanın strateji həmlələrini izləyən Amerikalı ekspertlərinə görə, Naumkinin "Suriyada sülh üçün imkanlar; Rusiyanın maraqları və rolu" başlıqlı çıxışında müzakirəyə çıxaracağı və bir müddətdir ki, Amerikanın qapalı strukturlarında müzakirə olunan bu plan, aşağıdakı konkret ana istiqamətlərdən formalaşır:
1- Amerikaya görə, Rusiya, “Zeytun Budağı” əməliyyatı ərəfəsində Türkiyəylə danışanda Afrin şəhərinə girməyin lazım olmayacağını və Türkiyənin sərhəd təhlükəsizliyinin təmin olunacağını bilirdi. Rusiya üçün əhəmiyyətli olan, Türkiyənin o təhdidi ortaya qoyacaq hərbi uğuru göstərməsi idi. Çünki Rusiyanın yekun hədəfi bölgədə Kürdlər ilə Suriya rejiminin anlaşmasını təmin etməkdir.
2- Amerika, Rusiya ilə keçirdiyi bütün görüşlərdə Afrindən YPG qüvvələrinin çıxması lazım gələrsə, bunların Münbiç üzərindən Fəratın şərqinə keçirilməsini istəyib. Ancaq Naumkindən əvvəl Vaşinqtona gizlicə gələn və Rusiyanın bütün xüsusi xidmət orqanlarının yüksək rəhbərləri, bunun YPG-nin tamamilə Amerikanın nəzarətinə buraxılması mənasına gələcəyinə və buna yol verməmək lazım olduğuna Putini inandırıb.
3- Rusiya, əgər Afrində Suriya ilə Kürdlər arasında bir müqavilə və birlikdə yaşama modeli yarana və modelin Türkiyəni təhdid etmədiyi də göstərilərsə, bunun Fəratın şərqinə də model ola biləcəyini düşünür. Amerika isə Fəratın şərqi üçün, qəbul edilməsi mümkün görülməyən müstəqillik xaricində bir planının olmadığı, yalnız İŞİD-lə mübarizəyə köklənmiş vəziyyətdədir. Rusiyanın planında, Fəratın şərqi üçün Kürdlərlə razılığa gəlindiyi təqdirdə, "Şimali İraq modeli" çərçivəsində mərkəzə bağlı bir inzibati muxtar quruluş təklifi də var.
4- Deyrizor isə ancaq bu mərhələlər keçildikdən sonra danışılacaq. Rusiya, Suriya ilə Kürdlərin enerji bölgəsini birlikdə idarə olunmasını və enerji bölgüsünü iki tərəfin ehtiyacları istiqamətində etməsini düşünür.
5- Mədəni və inzibati muxtariyyət vəd edən bu modeldə həmçinin Kürd silahlı milislərinin Suriya ordusu ilə birlikdə çalışması da güman edilir. Məsələn, Fəratın şərqində Türkiyə sərhədinin təhlükəsizliyini təmin etməkdə Suriya əsgərinin aktiv rol alması düşünülür.
 
ƏGƏR BU OLARSA.
 
Əsas memarının Rusiya olduğu bu planı Amerika qəbul edərsə, düşünülən modelin tətbiqi bu şəkildə olacaq:
 
TÜRKİYƏ İSTƏDİYİNİ ALMIŞ OLACAQ
 
Suriyanın suverenliyini müdafiə edən və şimalda bir terror dəhlizi istəməyən Türkiyə, istədiklərini almış olacaq. Afrin rayonunun qərbindən başlayaraq İraq sərhədinə qədər cənub sərhədinin təhlükəsizliyi də zəmanət altına alınmış olacaq.
Amerikanın üzərində çalışdığı müstəqil Kürdüstan layihəsi də rəfə qalxacaq.
Türkiyənin onsuz da əməkdaşlıq içində olduğu Rusiya regionda daha da vacib aktyor halına gələcək. Amerikanın İrana bağlı milislər ilə YPG milislərini döyüşdürmək xəyali də aradan qalxacaq.
Proses yaxşı idarə edilərsə, gələcəkdə Kürdlər ilə Suriyanın arasının yenidən pozulma ehtimalı olsa da, bölgəyə arzulanan belə bir sülh gətirmək şansının olacağı güman edilir.
Təbii ki, Vaşinqtondakı hakimiyyət orqanları arasında dağınıqlıq var. Bu plana müvafiq orqanlardan ən az birinin əks reaksiya verməsi ehtimalı da var.
Müxalifət.az