"Putinin əfv etdiyi şəxslərin gələcəyi Türkiyə ilə bağlıdır" - KONSTANTİNOV

Prezident Vladimir Putinin əfv etdiyi Krım məclisinin səlahiyyətli nümayəndələri yarımadada heç bir təsirə malik deyillər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov çıxış edib.
"Krım Tatar Milli Məclisinin liderləri Axtem Çiygöz ilə Ulmi Umerovun gələcəyi Türkiyə və Ukrayna ilə bağlıdır, onlar Krımda heç bir təsirə malik deyillər", - Konstantinov vurğulayıb.