​Putinin eks-müşaviri: SƏRKİSYANI ONLAR DEVİRDİ

Baxış sayı:
3883

Sərkisyanın hakimiyyətdən getməsində mühüm rolu erməni diasporu oynadı.
Muxalifət.az xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin eks-müşaviri Andrey İllarionovun “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb.
 “Sərkisyan niyə “Putin-Medvedyev” tandemindən istifadədə uğursuzluğa düçar oldu? Rusiyadan fərqli olaraq, Ermənistanda daha yumşaq avtoritar rejim mövcuddur. Bu ölkədə qeyri-azad siyasi rejimin mövcudluğu təxminən 10 il olur. Ermənistandakı avtoritar rejimdə mərkəzi mövqeyi hərbçilər, Rusiyada isə xüsusi xidmət orqanları tutur. İrəvandakı etirazlarda mühüm rolu kəskin antisərkisyan mövqeyi tutan erməni diasporu oynadı. Ermənistan xaricindəki ermənilərin sayı respublikadakı əhalinin sayından 3-4 dəfə çoxdur. Diasporun iqtisadi potensialı ölkənin resurslarını üstələyir. Diaspordan ayrılan qrant və subsidiyalar Ermənistanın ümumdaxili məhsulunun son 10 ildə 13,5%-ni təşkil edib.
Ermənistanda Serj Sərkisyana siyasi dəstək 39%-dir. Sərkisyan xüsusilə Qagik Çarukyan (73%) və Karen Karapetyandan (72%) çox geri qalır”, – deyə o bildirib.