Putinin dostu olan silah baronu Ukraynada öldü

Odessada ukraynalı silah baronu Boris Koqan qəflətən vəfat edib. 
Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Doğmaları Koqanı sonuncu dəfə oktyabrın 3-də görüb. Onun ölüm səbəbinin ürəyindəki problem olduğu vurğulanır. 
Qeyd edək ki, Koqan “RT Logistika” şirkətinin rəhbəri olub. Bu şirkətin 51%-i Rusiyaya məxsusdur. O, həmçinin “Rostex” konsorsiumunun tərkibinə də daxil olub.
Koqan Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı əsas adamlarından biri sayılırdı.