​Putinin daha bir rəqibi müəmmalı şəkildə öldü

Baxış sayı:
9217

Rusiya Prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı oliqarx Nikolay Qluşkovun İngiltərənin paytaxtı Londonda yaşadığı evdə cəsədi tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
Bildirilib ki, 68 yaşlı Qluşkovun meyiti ailəsi tərəfindən aşkar edilib.
Qeyd edək ki, Qluşkov 2013-cü ildə öldürülən Boris Berezoviskinin ən yaxın adamlarından sayılırdı. O, “Aeroflot”un keçmiş baş direktoru vəzifəsində çalışıb. Qluşkov Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçmüşdü. N.Qluşkov Berezovskinin ölümündə Rusiya hakimiyyətinin əli olduğunu iddia edirdi.
Onu da əlavə edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. İngiltərə Baş naziri Tereza Mey rusiyalı eks-kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsində Moskvanın məsuliyyət daşıdığını bildirib.