PUTİNİN BAŞ AŞPAZI QARA QİTƏDƏ NƏ İŞLƏR GÖRÜR? - 57 yaşlı restoratoru Kremlin sahibi Sorosa bənzədir - ARAŞDIRMA

Baxış sayı:
5401

Henri Meyer, İlya Arxipov, Ayna Rahaqalala

“Bloomberg”

Vladimir Putinin baş aşpazı kimi tanınan sirli iş adamının Ukraynanın bir hissəsini ələ keçirmək, Suriya müharibəsində vəziyyəti dəyişmək və ABŞ seçkilərinə müdaxilədə Kremlə kömək etdiyi iddia olunur. İndi o, yeni üsulla pul qazanmaq üçün muzdlu əsgər və həkimlər ordusu sayəsində Afrikanın dərinliklərinə nüfuz edir.

Putinə doğma olan Peterburq sakini, restorator Yevgeni Priqojin Rusiyanın gecikmiş öz geosiyasi qüdrətini gücləndirmə prosesində, mineral ehtiyatlarla zəngin və az inkişaf etmiş bir bölgədə Soyuq müharibəni canlandırmaqla, ortaya çıxıb. Əsas rəqibləri – ABŞ, Avropa və Çin kimi maliyyə əzələsi olmayan Rusiya öz silahları hesabına qeyri-sabit, lakin potensial olaraq zəngin ölkələrdə güclü adamların köməyinə gəlir.

Priqojin və onun muzdlu əsgərləri maddi ehtiyatlar və digər imkanlar əvəzinə təhlükəsizlik, silah təchizatı və seçkidə PR xidməti təklif edirlər. Rusiya hərbiləşdirilmiş qurumları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası daxil olmaqla, 10 ölkə ilə əməkdaşlıq edir.

Putinin 50-dən çox liderə dəvət göndərərək 2019-cu ildə ilk Rusiya-Afrika zirvəsi keçirməsi ərəfəsində Qara Qitədə aktivlik daha da artırılıb. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu, “bölgədə Rusiyanın iştirakı”nı daha da gücləndirəcək.

Priqojin öz biznesi ilə Kremli bəzi ehtiyatlarla təmin edir. 2014-cü ildə dövlətə xidmətə görə Priqojini mükafatlandırarkən, Putin köhnə müttəfiqinin beynəlxalq fəaliyyətini uzun illərdir Vaşinqtonun əmri ilə hökumətləri devirməkdə ittiham etdiyi amerikalı milyarder Corc Sorosla müqayisə edib.

Vaşinqtonda yerləşən Atlantik Şurasındakı Afrika Mərkəzinin rəhbəri Peter Fam bildirib: “Ruslar iqtisadi çıxış istəyir və daha çevik olurlar. Bu, onların üstünlüyüdür”.

57 yaşlı Priqojin “Concord Catering” şirkəti və 13 nəfərlə birlikdə xüsusi məsləhətçi Robert Möllerin 2016-cı ilin prezident seçkilərinə müdaxilə iddiasıyla bağlı fevral ayında şübhəlilər siyahısına əlavə olunub. ABŞ hakimi noyabrın 15-də Priqojinin şirkətlərdən birinin ittihamla bağlı vəsatətini rədd edib.

A
frika, demək olar ki, 20 il əvvəl hakimiyyətə gələn Putin üçün Rusiyanın supergüc statusunun bərpasında gecikmiş düşüncəsidir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın Afrikadakı iştirakı kəskin azalıb. İndi regionda Kremlin səyləri geosiyasi şüurunu yenidən bərpa eləmək və yerli şirkətlər üçün yeni bazarlar açmağa yönəlib.

Sankt-Peterburqdakı “Intexpertise” şirkətinin rəhbəri Polina Slyusarçuk hesab edir ki, Qərblə münasibətlər zəifləməyə davam etdikcə, Putin Qara Qitə ilə ticari və təhlükəsizlik əlaqələrini inkişaf etdirmək üçün genişmiqyaslı strategiya həyata keçirir.

Rusiya, xüsusilə Cənubi Afrikada uğursuzluğa düçar olub. Prezident Kiril Ramafosa fevral ayında vəzifəsinin icrasına başladıqdan sonra sələfinin Rusiya ilə çoxmilyard dollarlıq nüvə enerji layihəsini dondurub. Ancaq Putin təkcə keçən il Afrika ölkələrinə 20 milyard dollarlıq borc verərək onların ayağını özünə möhkəm bağlayır.

Bu yaxınlarda Misir ilk nüvə elektrik stansiyasını qurmaq üçün Rusiyadan 25 milyard dollarlıq kredit alıb. Rusiya Eritreya ilə birlikdə Pentaqonun Afrikadakı yeganə hərbi bazasından və Çinin xaricdəki ilk hərbi qurğusundan uzaq olmayan Cibutidə, Qırmızı dəniz sahilində ilk logistik mərkəzi qurmaq üçün danışıqlar aparır.

Mart ayında xarici işlər naziri Lavrov Afrikadakı beş ölkəyə səfər edib. O cümlədən Rusiya ilə müştərək ən böyük investisiya – 3 milyard dollarlıq platin mədən layihəsi olan Zimbabveyə.

Priqojin də ondan çox geridə qalmayıb. Onun siyasi məsləhətçiləri Emmerson Mnanqaqvaya, iyul ayındakı seçkilərdə, dörd çərəklik hakimiyyət dövründə Zimbabveni şər ölkəsinə çevirən Robert Muqabeyə qalib gəlməkdə kömək edib. Mnanqaqvanın əsas rəqibi “rusları” sorğu rəyləri ilə manipulyasiyada təqsirləndirib. Hakim Zanu-PF Partiyası seçkidə Rusiyanın iştirakını rədd edib.

Putinin Mərkəzi Afrika Respublikasının (MAR) hökumətini silahlandırma və müdafiə etmə “patenti” alıb. Vətəndaş müharibəsi yaşayan MAR-da köhnə müstəmləkəçi – Fransanın qəfildən üç illik sülhməramlı missiyasını sona çatıdırıb.

Rusiya və Fransa mətbuatının məlumatına əsasən, Priqojinin “Wagner” kimi tanınan şirkəti artıq MAR və Sudanda qızıl və almaz hasilatına güzəştlər qazanıb. İyulda MAR-da üç rus jurnalisti öldürülüb. Xatırladaq ki, onların səfərini maliyyələşdirən sürgündəki Mixail Xodorkovskinin sözlərinə görə, jurnalistlər Priqojinin qara işlərini araşdırıblar.

İndi Priqojin Əlcəzairdən sonra qitədə ən böyük ölkə olan və dünyanın ən zəngin ehtiyatlarına malik Konqo Demokratik Respublikasında (KDR) fəaliyyət hüdudlarını genişləndirir. Keçmiş Belçika koloniyası, 2001-ci ildə atasın öldürülməsindən sonra onun yerini tutan Cozef Kabilanın iqtidarı dönəmində ilk dəfə yeni lider seçməyi planlaşdırır.

Kabila bu yaxınlarda etibarlı adamı olan bir təqaüdçü generalını Rusiyadakı səfir göndərir, Qərb rəsmisinin sözlərinə görə, ona Moskva ilə silah təchizatı və vəsait danışıqları aparmaq tapşırılıb. KDR-in Moskvadakı səfirliyindən bildirib ki, Rusiya bu ölkəyə hələ heç bir silahı verməyib.

Həmçinin yerli mətbuatda rusların seçkidə fəal iştirak etdiyi bildirilir.

Brüsseldəki konqolu təhlükəsizlik analitiki Jan-Jak Vondonun sözlərinə görə, Aİ-nin sanksiyaları ucbatından Kabilanın Rusiya ilə hərbi əlaqələri daha da artacaq. Çin KDR-yə çox sərmayə yatırıb, amma Kabilanın dəyişən tələbləri ilə Pekin narazılığı getdikcə artır.


“Kabila çarəsiz halda xaricdən kömək gözləyir, – deyə dekabrın 23-də keçiriləcək seçkilər ərəfəsində müxalifətin namizədi Martin Fayulu bildirib. – Böyük mineral ehtiyatları nəzərən, Rusiyanın Konqoya nüfuz etməsi təəccüblü deyil”.

Madaqaskar – dünyanın ən böyük vanil istehsalçısı və böyük nikel, kobalt və uran yataqlarının sahibidir. Putin və Priqojinin bu ölkəyə marağı var. Kreml elçisi mart ayında prezident Heri Racaonarimampianina ilə danışıqlar üçün adaya uçub.

Priqojinlə əlaqəli Rusiyanın seçki müşavirləri gələn ay sona çatacaq seçkilərdə, iki keçmiş lider arasında prezidentlik rəqabətində fəaliyyəti artırıblar. Madaqaskarın sabiq xarici işlər naziri və Hind okeanı bölgələri üzrə ekspert Jan-Klode de L’Estraın sözlərinə görə, Rusiya bir neçə namizədini dəstəkləyir.

Qvineyada Rusiya 2020-ci ildə iqtidarı sona çatdıqdan sonra belə hakimiyyətdə qalmağı planlaşdıran prezident Alfa Kondeni dəstəkləyir. Bu Afrika dövləti Rusiya alüminium nəhəngi “United Co Rusal” üçün boksitin yeganə böyük tədarükçüsüdür. Qvineya xarici işlər naziri Şimali Afrikada Priqojin bu ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə neftlə zəngin dövlətin şərq hissəsinə nəzarət edən Liviya komandiri Xəlifə Həftər arasında danışıqlara qatılıb. Həftərın “Milli Ordu”suna enerji sövdəsi əvəzinə hərbi yardım verilir.

Priqojinin xüsusi ordusu olan “Wagner” fevral ayında, bu dəfə Suriyada yenidən beynəlxalq diqqəti özünə çəkib. Onun əsgərləri kürd döyüşçülərinin bazasına doğru irəlilədikləri üçün ABŞ qüvvələri tərəfindən öldürülüb. “Wagner”-çilər Şamdakı səlahiyyətlilər üçün pay alma müqabilində yaxınlıqdakı bir neft emalı zavodunu ələ keçirməyə çalışıb.

Moskvadakı Rusiya Dövlət Afrika Tədqiqatları İnstitutunun rəhbəri İrina Abramova bildirib: “İstənilən normal iş adamı kimi, Priqojin pulunu sərf etmək üçün ən gəlirli yerləri axtarır. Əgər afrikalılar fayda verərsə, ona yalnız təşəkkür etmək lazımdır”.

Tərcümə: Strateq.az