​Putinin Azərbaycana gələcəyi vaxt açıqlandı

Baxış sayı:
3286

Rusiya prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək.
“İnterfax xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılığa gəldikləri və ya danışıqlar zamanı vaxt tapıb haqqında bəhs edə bilmədikləri məsələləri müzakirə edəcəklər./azvision