​Putinin azad etdiyi Çiygöz və Umerov Ankarada

Krım Tatar Məcslisinin spiker köməkçiləri Axtem Çiygöz və İlmi Umerovu gətirən təyyarə Ankaraya enib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin sözcüsü Svyatoslav Tseqolko məlumat verib.
Tseqolko bildirib ki, Ukrayna prezidentinin tapşırığına əsasən, Çiygöz və Umerovu bu ölkənin Ankaradakı səfiri qarşılayacaq və onların rahatlığı təmin ediləcək.
Qeyd edək ki, hər iki şəxs Krım tatarlarının önəmli nümayəndələrindən hesab edilir. Onlar Krımın Rusiya tərəfindən anneksiyasından bir müddət sonra həbs olunmuşdular.