PUTİNİN AQRESSİYASININ SƏBƏBİ... O, Rusiya imperiyasının dağılmasından narahatdır?

Baxış sayı:
6001

Geosiyasət analitikləri, Rusiyanın artan təcavüzünü prezident Vladimir Putinin Rusiyanın "böyüklüyünü" bərpa etmək istəyi ilə izah edir. Ancaq daha ətraflı təhlil göstərir ki, Putinin təxribatları ona "Rusiya imperiyasını canlandırmaq" cəhdlərinə dəlalət eləmir, əksinə Rusiyanın tənəzzülə uğramağa doğru gedən bir ölkə olduğunu göstərir.
Qısaca desək, hazırda Rusiyanın dünyadakı təcavüzü (a) Moskvanın hələ də əlində qalan bir neçə müttəfiqinə dəstək vermək və ya (b) növbəti müttəfiqini itirdiyi zaman vəhşicəsinə güc tətbiqi səviyyəsinə düşür. Nəticədə Putinin getdikcə daha aqressiv davranışı, o cümlədən Moskvanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə kampaniyası, Rusiyanın beynəlxalq aləmdə artan təcridinin nəticəsidir.
Napoleondan Nasist Almaniyasına qədər – bir neçə yüz il ərzində ölkəyə olunan hücumlardan sonra bu Rusiya strateji ruhu Qərbə dərin şübhə ilə yanaşır. Mövcud geosiyasi kontekstdə bu şübhə əsasən əsassız olsa da, yenə də bir reallıqdır. Siyasətçilər qəbul etməlidirlər ki, Moskva, xüsusilə qərb sərhədlərində ənənəvi müttəfiqlərinin və müştərisi olan dövlətlərin itkisinə görə paranoid narahatlığı hiss edir.
Həqiqətən Sovet İttifaqının dağılmasından sonra Rusiya onunla Qərb arasında bufer rolunu oynayan bir çox müttəfiqini itirdi. Səxavətli investisiyalar və iqtisadi rifah müqabilində Avropa ilə yaxınlaşmağa meyllənən bir çox Şərqi Avropa ölkələri üzlərini Qərbə tərəf döndərməyə başladılar.
Soyuq müharibə başa çatdıqdan sonra, demək olar ki, Sovet İttifaqının təsir dairəsində olan 13 ölkə NATO-nun "transatlantik alyansı"na qoşuldu. Bu itkilər hərbi xərclərin azalması ilə birlikdə Rusiya üçün bir sıra strateji məğlubiyyətlərə çevrildi.

Sovet İttifaqının dağılmasından bəri Moskvanın dünya arenasındakı təsiri kəskin şəkildə azalsa da, Rusiya hələ ki, dünyada nüfuzunu nümayiş etdirə biləcək əhəmiyyətli hərbi və nüvə qüvvəsi olaraq qalır. Rusiya Qərbə üz tutan ənənəvi müttəfiqlərini və müştərisi olan dövlətləri itirdiyindən, Putin böyük avtoritar rejimin belə şəraitdə göstərəcəyi eyni reaksiyanı göstərdi.
Moskva 21-ci əsrdə Gürcüstanın Avropa Birliyi ilə yaxınlaşmaq qərarından sonra Avropa ərazisində ilk müharibəni başlatdı. Daha sonra Putin Krım yarımadasını ilhaq etmək və Ukraynanın şərqində qanlı müharibə açmaqla Ukraynanın Rusiya orbitindən çıxmaq qərarına reaksiya göstərdi və Ukraynanı cəzlandırdı. Gürcüstan və Ukraynanın Rusiya ilə ümumi sərhədi var, bu da onların Avropaya meyllənməsini Moskva üçün daha ağrılı strateji itkiyə çevirir.
Bir neçə il sonra, Monteneqro NATO-ya üzv olmaq üçün hazırlıq prosesini başa vurduqda, Rusiya son anda bu kiçik dövlətin belə bu alyansa girməməsi üçün dövlət çevriliş etməyə çalışdı. Gürcüstanın, Ukraynanın və Monteneqronun işlərinə Rusiyanın çıxılmaz qanlı müdaxilələrini yüksələn “bir imperiyanın” atacağı addım adlandırmaq olmaz. Bu hərəkətlər "sönən nəhəng"in əlamətləridir, bir sıra strateji məğlubiyyətləri kompensasiya etməyə çalışır.

Bu arada siyasətçilər, Avropa, Meksika və ya Kanadanın qəflətən Çinə yaxınlaşmaq qərarına  gələcək ABŞ hökumətinin necə reaksiya verəcəyi barədə düşünməlidirlər. Yoxsa vəziyyətə başqa bir nöqteyi-nəzərdən baxsanız, ABŞ nüvə başlığı ilə silahlanmış rəqibi ilə güc dilində danışmaq qərarını verməmişdən qabaq neçə müttəfiqdən imtina etməyə hazırdır?
Vurğulamaq lazımdır ki, bütün ölkələrin vətəndaşları öz hökumətlərini və müvafiq olaraq ölkələrinin qoşulacağı ittifaqları sərbəst seçmək imkanına sahib olmalıdırlar.
Ancaq bəzi ABŞ hökumətlərinin etdiyi kimi - Rusiyanın əsas müttəfiqlərini və müştərilərini Moskvanın orbitini tərk etməyə inandırmaq və uzaqlaşmaq yoluna çəkə bilsəniz, nəticələrə hazır olmalısınız. Həqiqətən, kədərli tarixi hadisələrin, habelə Putinin şəxsi xüsusiyyətləri və tərcümeyi-halının uzun siyahısını nəzərə alsaq, heç kim təəccüblənməməlidir ki, Rusiyanı beynəlxalq aləmdə küncə sıxışdırsalar o qəzəbini şiddətlə tüpürəcək.
Qeyd etmək vacibdir ki, Putinin ənənəvi müttəfiqlərini itirməsinə sərt reaksiyası yalnız Avropa ilə məhdudlaşmır. Məsələn, Suriya Yaxın Şərqdə hələ də Rusiyanın müştərisi və müttəfiqi olaraq qalan azsaylı dövlətlərdən biridir. Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki müttəfiqləri Suriya rejimini devirməyə çalışdıqda, Moskva Əsəd rejimini xilas etmək üçün Suriyaya kifayət qədər imkana malik döyüş gəmiləri, döyüş təyyarələri və hərbi personal göndərdi.
Putin Suriyadakı qəddar bir hökuməti qorumaqla özünə bir PR yaradır. Ancaq Rusiyanın və İranın az sayda qalmış müttəfiqlərindən birini xilas etmək cəhdləri başqa bir fəlakətli vakuumun yaranmasının qarşısını aldı.
2016-cı ildə Putin Suriyalı müttəfiqini dəstəkləyərkən Rusiya Birləşmiş Ştatlara virtual hücum etdi. Amerika kəşfiyyatının məlumatına görə, Putin iki əsas səbəbə görə Amerika ictimaiyyətinə yönəlmiş geniş miqyaslı əməliyyata əmr verdi.
Birincisi, Putin Donald Trampın ABŞ prezidenti olmasını istədi. Putinin Trampı seçməsi heç də təəccüblü deyil. 2016-cı ildə seçki kampaniyası boyunca Tramp açıq şəkildə Rusiyanın ən vacib geosiyasi vəzifələrinə uyğun bir siyasəti - NATO-nu zəiflətmək, anti-Rusiya sanksiyalarını qaldırmaq, Krım yarımadasını Rusiyanın bir hissəsi kimi tanımaq barədə danışdı. Təəccüblü deyil ki, Rusiya parlamenti Trampın seçilməsini bayram etdi.
Reklam kampaniyaları keçirərək, seçiciləri səfərbər edərək və müxtəlif siyasi tədbirlər, o cümlədən mitinqlər təşkil etməklə - hər seçki kampaniyası çərçivəsində üç fəaliyyət növü – Rusiyanın iri miqyaslı "virtual əməliyyatı"nın arxasında dayanan insanlar Rusiya hökumətini Tramp seçki kamaniyasının birbaşa təbliğatçısına çevirdilər.

Putinin prezident seçkilərinə müdaxiləsinin digər səbəbi ABŞ-ın daxilinə “nifaq toxumu” səpmək istəyi idi. Çoxlu fikir ayrılığını nəzərə alsaq, rus kəşfiyyatçıları tərəfindən hazırlanan, yayımlanan və yayılan minlərlə pullu reklam, İnternet yaddaşı və "saxta xəbər" in Rusiya hökumətinə Amerikanın qütbləşməsində heyrətamiz uğurlar qazanmasına heyrətlənməmək olmur.
Əslində Rusiyanın Amerika demokratiyasının təməllərini sarsıtmaq cəhdləri kiçik bir müharibə aktı da olmadan beynəlxalq standartların kobud şəkildə pozulmasıdır. Ancaq Putinin bu təhlükəli addımlarını böyük bir gücün və yüksəlişini yaşayan imperiyanın hərəkətləri adlandırmaq olmaz. Əksinə, Soyuq Müharibə dövründə, Sovet İttifaqı nüfuzunun zirvəsində olanda belə, Moskvanın Amerikanın daxili işlərinə açıq (və cəsarətlə) müdaxilə etməsi baş vermədi.
Moskvanın uzun strateji məğlubiyyətlər siyahısını nəzərə alsaq, Putinin Trampın seçilməsi və ABŞ-da aranı qarışdırmaq cəhdləri təcrid olunmuş keçmiş imperiyanın "status-kvo"nu dəyişdirmək üçün ümidsiz cəhdləridir. Buna görə Qərb siyasətçiləri Rusiyanı gələcəkdə daha çox təcrid etməyin strateji faydalarına yenidən baxmalıdırlar.
Marik von Rennenkampff,
https://inosmi.ru
Tərcümə etdi: Şükürova Ülviyyə,
Muxalifet.az