Putinin 2 milyard dollarlıq layihəsi... - VATİKANA ALTERNATİV, YOXSA...

Baxış sayı:
4403

Rus Pravoslav (ortodoks) kilsəsi Moskvada Vatikan kimi bir dini mərkəz yaratmaq fikrindədir. Bunun üçün 2 milyard dollar vəsaitin ayrılacağı gözlənilir.

Bu barədə Rusiyanın “The Moscow Times” qəzeti xəbər yayıb.

Xatırladaq ki, Vatikan İtaliyanın paytaxtı Romanın qərb hissəsində yerləşir. Həm ərazisi, həm də əhalisinin sayına görə dünya dövlətlərinin ən kiçiyidir. Eyni zamanda müstəqil və suveren ölkədir. Vatikan 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir.

“The Moscow Times” qəzeti bildirir ki, Rus Pravoslav kilsəsi belə bir mərkəzin yaranması üçün bu ilin əvvəlində prezident Putinə müraciət edib. 
Bu məqsədlə Vatikanla yanaşı Qüds və Məkkə nümunələri də Rus Pravoslav kilsəsi tərəfindən araşdırılıb.

Moskva Dövlət Universitetinin müəlliməsi, professor Natalia Zubarevich isə deyib ki, Moskvanın həllini gözləyən problemləri çoxdur. Məsələn, yol çəkilişi, zibillərin toplanması, uşaq baxçası və məktəblərin azlığı: “Yəqin ki, bu layihəni irəli sürənlər rəhbər şəxslərin dindarlığına ümid edirlər”./Musavat.com