​Putini məyus edən olay – PARADDA HƏRBİ TEXNİKA YANDI - VİDEO

Hərbi texnikanın motorunda yaranan nasazlıq qısa zamanda yanğına səbəb olub.
Bu gün Rusiya Federasiyasının bütün şəhərlərində Böyük Qələbənin 70 illiyi münasibəti ilə hərbi paradlar keçirilir.
Bəzi şəhərlərdə hərbi texnika mərkəzi küçələrdən keçərək nümayiş etdirilir. Bu cür paradlardan birində xoşagəlməz hadisə baş verib. Çitada parad zamanı "Zenit" raket kompleksi tüstülənib.
Hərbi texnikanın motorunda yaranan nasazlıq qısa zamanda yanğına səbəb olub. Ancaq buna baxmayaraq texnika hərəkət etməyə davam edib. Hadisə şahidləri bildiriblər ki, yanğın raket kompleksinin texniki vəziyyətinə heç bir təsir göstərməyib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər qısa zamanda yanğının qarşısını alıblar.
Həmin hadisədən görüntüləri sizə təqdim edirik: