Putini Britaniya qalib etdi: London sağ olsun ki...

Baxış sayı:
610

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində Britaniya sayəsində qələbə qazandı.
Muxalifet.az xəbər verir ki, bunu Britaniyanın “Tayms” qəzetinə açıqlamasında rusiyalı jurnalist, Vladimir Putinin seçki qərargahının mətbuat katibi Andrey Kondraşov deyib. Onun sözlərinə görə, Londonla Moskva arasında Sergey Skripala görə yaranmış qarşıdurma seçki aktivliyinin artmasına səbəb olub:
“Seçkidən bir neçə gün öncə baş tutan sorğuda aktivliyin 50-60% olacağı deyilirdi. Britaniya sayəsində məntəqələrə daha çox insan gəldi. Britaniyanın əsassız ittihamları rusları mərkəzi qüvvə ətrafında birləşdirdi. Bu gün mərkəzi qüvvə, sözsüz ki, Putindir. Britaniya sağ olsun ki, arzuladığımız belə bir aktivliyi bizə nəsib etdi”.