Putindən vurulan təyyarə ilə bağlı ilk açıqlama

Baxış sayı:
5305

Rusiya prezidenti Vladimir Putin, Aralıq dənizində vurulan Rus təyyarəsi ilə bağlı açıqlama verib. Putin, "Bu bir faciədir. Rus təyyarəsini İsrail vurmadı, nə olduğunu hələ də araşdırırıq" - deyib.
 
Putin, Rus təyyarəsinin vurulmasını faciəli və bir bədbəxtlik zənciri kimi dəyərləndirib: “Hələ də nə olduğunu anlamağa çalışırıq. Alınacaq tədbirlər hamını maraqlandırır. Tədbirlər Suriyadakı hərbi personalın təhlükəsizliyinə yönəlik olacaq".
 
ÖLƏNLƏRİN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİB
 
Rus lider, "İnsanların ölümü, xüsusən də belə faciəli bir şəraitdə ölümü, hər zaman bir fəlakətdir. Həm bizim üçün, həm ölkəmiz üçün, həm də ölən dostlarımızın yaxınları üçün belədir. Bu baxımdan ölən əsgərlərin yaxınlarına başsağlığı verirəm" deyib.
Müxalifət.az