Putindən Türkiyəyə BÖYÜK JEST

Baxış sayı:
5121

Asiya Polis Təşkilatının (ASİAPOL) qurucularından olan general-polkovnik Tələt Ənvəroviç Çətin, Rusiya prezidenti Putinin əsgərləri geri çəkmə qərarı ilə bağlı çox önəmli açıqlamalar verib.
 
Rusiya prezidenti Vladimir Putin, Suriyanın Lazkiyə şəhərindəki Hımeymim bazasına səfəri zamanı, Rus əsgərlərinə "geri çəkilmə" göstərişi vermişdi. Rusiya Müdafiə Naziri Sergey Şoyqu dünən Rus əsgərlərinin Suriyadan çəkilməyə başladıqlarını rəsmən elan etdi.
 
PUTİN, AFRİN VƏ MENBİÇİN ÖNÜNÜ AÇDI
 
Asiya Polis Təşkilatının (ASİAPOL) qurucularından olan və Rusiya Milli Təhlükəsizlik Akademiyasında Beynəlxalq Əlaqələr Üzrə sədr müavini təyin olunan general-leytenant Tələt Ənvəroviç Çətin Putinin əsgərləri geri çəkmə qərarını "Afrin və Menbiçdə əməliyyat aparmaq istəyən Türkiyəyə jest” kimi dəyərləndirib. Putinin bu qərarı ilə Afrin və Menbiçdəki Rus əsgərlərinin də bölgəni tərk edəcəyi və Türkiyənin Afrin əməliyyatının yenidən gündəmə gələcəyi bildirilir. Çətin, "Suriya məsələsi qapadılıb və son mərhələyə gəlinib. Artıq demokratik sistemə doğru, seçkiyə doğru bir hərəkət olacaq" deyib.
 
ƏSƏDƏ PREZİDENT PROTOKOLU TƏTBİQ OLUNMADI
 
Putini Hımeymim bazasına səfəri zamanı müşayiət edən Bəşər Əsədin Rus komandirlər tərəfindən əngəllənməsinə dair görüntülər bütün dünyada diqqət çəkib. Əsədə "prezidenti" protokolu tətbiq etməyən Rusların, eyni zamanda Əsədin qorumalarını da bazaya buraxmadıqları ortaya çıxıb. Əsədin Hımeymim bazasında təkbaşına qəbul edilməsi, "Sanki Putin Əsədin deyil, Əsəd Putinin qonağı kimi" şərhlərə səbəb olub.
 
ABŞ MƏTBUATI: TÜRKİYƏ VƏ RUSİYA MÜNASİBƏTLƏRİ DƏRİNLƏŞDİRİR
 
Rusiya prezidenti Vladimir Putinin Ankara səfəri, ABŞ mediasının da diqqətini çəkib. “Amerikanınsesi” saytının xəbərində Vladimir Putin və Türk həmkarı Rəcəb Tayyib Ərdoğanın bir ay ərzində üç dəfə görüşdüklərinə işarə edilib. Ankarada görüşlərin xüsusilə ABŞ-Türkiyə münasibətlərinin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə növbəti böhran yaşaması ərəfəsində baş tutması da qeyd olunub.
Müxalifət.az