Putindən “Türkiyə” açıqlaması

Baxış sayı:
4003

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən mətbuat konfransında Rusiyanın İdlibdə qurulan “təhlükəsiz bölgə”si ilə bağlı tərəfdaşları ilə həmrəylik içində çalışdığını, Ankaranın öhdəliklərini yerinə yetirərək gərginliyi azaltma zonasından döyüşçülərin və ağır silahların çəkilməsini təmin etdiyini açıqlayıb.
 
Rusiyanın da işin üzərinə düşən hissəsini yerinə yetirməyə davam etdiyini söyləyən Putin, "Türk Silahlı Qüvvələri və Rus hərbi polisinin iştirakı ilə birlikdə müəyyən olunan fəaliyyətləri gələcəkdə də yerinə yetirməyə davam edəcəyik" deyib.
Müxalifət.az