Putindən Tramp haqda ŞOK SÖZLƏR

Baxış sayı:
3103

Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Donald Trampın əməkdaşlıq etdiyi insanlara hörmətlə yanaşan böyük təcrübəyə malik bir insan olduğunu bildirib.
 
NBC televiziyası, Rus liderlə müsahibə dərc edib. Putinə digər məsələlərlə yanaşı, ABŞ prezidenti Donald Trampla bağlı rəyi soruşulub.
ABŞ prezidentinin tənqidlərdən qaçmayan və praqmatik yanaşmaya malik bir şəxs olduğunu söyləyən Putin, bu mövzuda bu dəyərləndirmələri edib:
"Şəxsən mənə rəğbətlə yanaşdığını düşünürəm. Trampın təcrübəli bir insan olduğu bəllidir. O, böyük təcrübəyə sahib bir insandır və əgər biriləri ilə əməkdaşlıq qurmaq ehtiyacı varsa, mövcud və ya potensial tərəfdaşa hörmətlə yanaşmaq lazım olduğunu anlayır. Bu ilk növbədə praqmatik yanaşmadır. İkincisi də ilk prezidentlik müddəti olmasına baxmayaraq sürətlə öyrənir və olduğumuz bu səviyyədə qarşılıqlı ittihamlar və təhqirlərin dalana aparan yol olduğunu yaxşı anlayır. Əgər diqqət etdinizsə, mən hər zaman ABŞ, Avropa və Asiyadakı həmkarlarıma dəyişməz hörmətimi saxlayıram".
NBC aparıcısının, "Trampı parlaq bir şəxsiyyət olaraq görürsünüzmü" sualına da "Ola bilər" deyə, cavabı verib.
Trampın Twitter-də yazdığı mesajları oxumadığını etiraf edən Putin, bu sosial paylaşma xidmətini istifadə etmədiyini bildirərək, "Görüşlərimi ifadə etmək və onları həyata keçirmək üçün fərqli vasitələrim var. Ancaq Donald daha müasir biridir" deyib.
Putin, Trampı təsirli bir lider kimi görüb, görmədiyi sualına da bu cavabı verib: "Buna Amerika xalqı qərar verər. Trampın lider keyfiyyətlərə sahib olduğu bəllidir, çünki qərar vermək məsuliyyətini üzərinə götürür. O, kimsənin xoşuna gəlsə də, gəlməsə də bu qərarları verir".
Müxalifət.az