Putindən təəccüblü çıxış! Haydı, “sülh müqaviləsi” imzalayaq

Baxış sayı:
6841

Rusiya prezidenti Vladimir Putin Yaponiyaya bu il sonuna qədər ön şərtsiz olaraq sülh müqaviləsi imzalamağı təklif edib.
 
Putin, Vladivostok şəhərində keçirilən 4-ci Şərq İqtisadiyyat Forumunda, Yaponiyanın baş naziri Şinzo Abenin müzakirələr ilə bağlı çıxışı əsnasında sülh müqaviləsi təklif edib.
 
“HAYDİ, SÜLH MÜQAVİLƏSİ İMZALAYAQ”
 
Putin, “Haydı, sülh müqaviləsi imzalayaq, amma indi deyil, ilin sonuna qədər, heç bir ön şərt olmadan və sonra bu sülh müqaviləsi əsasında dost kimi mübahisəli bütün problemləri həll etməyə davam edərik” deyib.
Bundan başqa, Putin, İngiltərənin Salisburyde şəhərində ikili agent Sergey Skripal və qızı Yulianın zəhərlənməsi hadisəsinin günahkarı olaraq İngiltərənin ittiham etdiyi adamları bildiklərini və onların heç bir günahının olmadığını ifadə edib.
Qeyd edək ki, Rusiya və Yaponiya, İkinci Dünya Müharibəsindən sonra Rusların Kuril adaları, Yaponiyanın isə Şimal Əraziləri adlandırdığı torpaq parçası mövzusundakı münaqişə səbəbilə rəsmi sülh müqaviləsi imzalamadı.
Sovet İttifaqı, 1949-da işğal etdiyi adalarda yaşayan bütün Yapon vətəndaşlarını deportasiya etmişdi. Sülh müqaviləsinin imzalanması üçün ilk olaraq 2014-ün əvvəlində keçirilən müzakirələr isə Ukrayna böhranı səbəbi ilə dondurulmuşdu. Bu adalar, Sakit Okeanında yerləşən Iturup, Kunaşiri, Şikotan və Habomai adalarından ibarətdir.
Müxalifət.az