​Putindən səsdən sürətli raket ŞOUSU

Baxış sayı:
4972

Rusiya prezidenti Vladimir Putinin 1 martda ictimaiyyətə açıqladığı “Xəncər” adlı səsdən sürətli raket sisteminin təhvil veriləcəyi gün bəlli olub.
Muxalifət.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu sistemin 9 May Qələbə Günü paradında təqdim ediləcəyini deyib.
Nazir “Xəncər” raket sistemlərinin MiG-31K təyyarələrinə birləşdirilərək paradda nümayiş olunacağını qeyd edib.
Qeyd edək ki, Rusiya Qələbə Günü paradından istifadə edib, hərbi silahlarının şousunu göstərməyə hazırlaşır.