​Putindən sonra Abxaziyaya daha bir lider gedir

Nauru Prezidenti Baron Vak qondarma Abxaziyaya səfər edəcək.
Bu barədə informasiyanı qondarma rejimin rəhbərinin mətbuat katibi yayıb. Səfərin noyabrın 12-də baş tutacağı bildirilib.
Qeyd edək ki, Nauru Sakit okeanda yerləşir. Bu ölkə Gürcüstanın tərkib hissəsi olan qondarma Abxaziyanın müstəqilliyini 2009-cu ildə tanıyıb. Nauru ilə bərabər qondarma respublikanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Vanuatu və Tuvalu tanıyıb.
Vak 2008-ci ildən bu vaxta qədər rəsmi olaraq Rusiya Prezidenti Vladimir Putindən sonra Abxaziyaya səfər edən ikinci dövlət başçısı olacaq./axar/