​Putindən ŞOK ETİRAF: "Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim"

Baxış sayı:
4870

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə içində bomba olduğu və Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən "Pegasus" Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyi etirafını edib.
Muxalifət.az milli.az-a istinadən xəbər verir ki, "Mənə, Ukraynadan İstanbula istiqamətlənməkdə olan bir sərnişin təyyarəsinin qaçırıldığı, həmin şəxslərin Soçiyə enmək istədiyi xəbəri verildi", - deyən Putin bu haqda barəsində çəkilən sənədli filmdə danışıb.
Rusiya lideri göyərtəsində 110 sərnişin daşıyan "Pegasus" təyyarəsinin vurulması təlimatını verdiyini etiraf edib.
Putin bu talimatdan bir neçə dəqiqə sonra başqa bir zəng gəldiyni və xəbərin yanlış həyəcan olduğuna dair məlumatlandırıldığını qeyd edib.