Putindən Ruhaniyə uzanan yardım əli - Rusiya İrana...

Baxış sayı:
6606

Rusiya İran İslam Respublikasına 5 milyard dollar kredit verib.
Muxalifet.az-ın  SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İranın Energetika naziri Reza Rəhmani deyib.
Xatırladaq ki, bundan əvvəl İranın Məclisi (bir palatalı parlament) hökumətə Rusiyadan 5 milyard dollar məbləğində kredit götürməyə icazə vermişdi.
Daha əvvəl MehrNews-un xəbər verdiyi kimi, kredit infrastrukturda və istehsalatda istifadə olunan əsas vəsaitləri əldə etmək üçün istifadə ediləcəkdir. Xüsusilə, enerji, suvarma şəbəkələri, su nəqliyyatı və dəmir yollarından bəhs edirik.
Muxalifet.az