​Putindən Ruhaniyə: Bu, xaos yaradacaq...

Baxış sayı:
1990

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, tərəflər ABŞ-ın başçılığı ilə Suriyaya endirilən aviazərbələrlə bağlı fikir mübadiləsi aparıblar.
“Liderlər ABŞ və müttəfiqlərinin Suriyaya yönəlik aviazərbələrindən sonra yaranan durumu müzakirə ediblər. Onlar bu qeyri-qanuni və hüquqa zidd əməlin Suriyada siyasi həll yoluna olan ümidlərə zərər verdiyini bildiriblər. Putin qeyd edib ki, BMT razılaşmasının müddəalarını pozan bu təxribatlar davam edərsə, beynəlxalq arenada ciddi xaos yaşanacaq”, - deyə Kremlin məlumatında bildirilib.
Tərəflərin eyni zamanda Yəməndəki siyasi vəziyyəti də müzakirə etdiyi vurğulanıb.