​Putindən QƏRİBƏ AÇIQLAMA: Hər çütlük ayrıla bilər, ancaq Rusiya Ermənistanı boşamayıb

Baxış sayı:
24337

SSRİ-yə daxil olan ölkələr, o cümlədən Ukrayna, Moldova və Ermənistanın öz müstəqil siyasətlərini yürütmək haqları var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı bildirib ki, dövlətlərin bu siyasətinə hörmətlə yanaşmaq lazımdır, əks halda konstruktiv əlaqələrin qurulması mümkünsüzdür:
“Deyilir ki, Ukrayna və Moldova bizdən qopur, indi də Ermənistanda bu proseslər gedir. Baxın, heç kim heç nəyi qoparmayıb. Biz zamanında SSRİ-ni buraxdıq. Bunu özümüz etdik. Bu bilirsiniz nəyə bənzəyir. Cütlüklər boşanır. Onlardan biri deyir ki, indi mənim qanunlarımla yaşayacaqsan. Belə olmur”