PUTİNDƏN NÜVƏ TƏHDİDİ: “Hədəfimiz təkcə Avropadakı raketlər olmaya bilər, LAZIM GƏLƏRSƏ..."

Baxış sayı:
7246

Muxalifet.az xəbər verir ki, Moskva hökuməti nüvə sazişinin tamamilə pozulacağı təqdirdə nüvə başlıqlı raketləri ölkənin hər yerinə yerləşdirmək niyyətində olmadıqlarını, lakin lazım gələrsə, bunu həyata keçirəcək texnologiya və istehsal gücünə malik olduqlarını bəyan edib.
ABŞ prezidenti Donald Trampın ötən il “Rusiya Orta Mənzilli Nüvə Gücü Müqaviləsi”ni (INF) pozur” ittihamı ilə başlayan gərginlik fevral ayının əvvəllərində ABŞ-ın müqavilədən imtina eləməsi nəticəsində yeni bir mərhələyə qədəm qoyub. Qaydanı pozmaq ittihamlarını qəbul eləməyən Rusiyanın müzakirə tələblərinə cavab verilmədiyi üçün, Moskva nüvə sazişində tarixi addım atıb. Dünən Rusiya Prezidenti Vladimir Putin Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının dayandırılması haqqında fərman imzalayıb. Rəsmi Moskvanın açıqlamasında səmimi cəhdlər sayəsində razılaşmanın yenidən imzalana biləcəyi, lakin razılıq əldə edilmədiyi təqdirdə Rusiyanın hər bir həmləyə qarşılıq verəcəyi bildirilib. Müqavilənin tamamilə sona çatacağı təqdirdə Rusiyanın ölkə ərazisində nüvə raketi yaymaq siyasətinin olmadığını, lakin, lazım gələrsə, Rusiyanın bunu reallaşdıracaq texnologiya və istehsal imkanına malik olduğu bildirilib.
Putin xəbərdarlıq elədi: “Hədəfimiz təkcə Avropa olmaya bilər”
Məsələ ilə bağlı çıxış edən Rusiya prezidenti Putin isə müqavilənin qüvvədən düşəcəyi təqdirdə, Rusiya raketlərinin təkcə Avropadakı Amerika raketlərini deyil, eyni zamanda Rusiyaya qarşı hücum əmrinin verilə biləcəyi “qərargahları” da hədəfə alacağı məsələsində xəbərdarlıq edib.