Putindən NATO-ya qarşı HƏMLƏ: ZƏRBƏYƏ HAZIRLAŞIR

Baxış sayı:
1384

Rusiya, NATO ilə son zamanlar artan gərginliyə etdiyi həmlə ilə cavab verdb. Rusiyanın Baltik dənizi sahilində yerləşən və içində nüvə silah başlıqlarının olduğu düşünülən Kaliningraddaki bazasını genişləndirdiyi və möhkəmləndirdiyi ortaya çıxıb.
 
Baltik dənizi sahilində NATO ilə gərginlik yaşayan Rusiya, Kaliningraddaki nüvə arsenalını artırmağa başlayıb. Nüvə silahlarının olduğu anbarlara yeni beton dam örtüyünün salındığı və sığınacağın bu şəkildə gücləndirildiyi qeyd olunub.
“The Guardian”-da yer alan xəbərə görə, ABŞ nüvə informasiya layihəsinin direktoru Hans Kristensen anbarla bağlı açıqlama verib.
 
BURANIN AKTİV BİR SAHƏ OLDUĞU BƏLLİDİR
 
“Baza bütün Rus nüvə silah anbarlarının səciyyəvi xüsusiyyətlərini daşıyır" deyən Kristensen, anbarın ətrafında laylı divarlar olduğunu, bazadakı genişləndirmə işlərinin 2016-da başladığını və yeni beton damın bu ilind yazında salındını bildirib.
Kristensen, "Əldə olam fotolar Kaliningradda nüvə silahların olduğunu sübut etmir, ancaq bunun aktiv bir sahə olduğunu göstərirlər" - deyib.
 
HANSI XÜSUSİYYƏTDƏ BAŞLIQLARIN OLDUĞUNU BİLMİRİK
 
Kristensen, bundan başqa, anbarda hansı növ nüvə döyüş başlıqlarının olduğunu bilmədiklərini deyib.
Müxalifət.az