​Putindən Əliyevə: Səylərimiz hədər getmir...

Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər sıx tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.
Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam", - Putin söyləyib.