Putindən Əli Həsənova dəstək ordeni

Rusiya Federasiyasının prezidenti sərəncam imzalayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Çeçenistanın dövlət başçısı Ramzan Kadırovu təltif edib.

Rusiya mətbuatın verdiyi məlumata görə, Putinin sərəncamı ilə Kadırov "Şərəf" ordeni verib.

Rusiya lideri bir sıra şəxslərin orden və adlarla təltif edilməsi haqda da sərəncam imzalayıb. Təltif edilənlər arasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da var.

Onlar Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir.