Putindən Kipr açıqlaması: Kiprlilər özləri...

Kipr probleminin həlli ilə bağlı yekun qərarı xarici təzyiq olmadan kiprlilər özləri verməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Kipr Respublikasının rəhbəri Nikos Anastasiadis ilə görüşündə deyib.
“Təbii olaraq, görüş zamanı Avropa və beynəlxalq toplumun gündəmindəki mövzuları müzakirə etdik. Rusiya tərəfi Kiprdə BMT TŞ-nin qərarlarına və Kiprdəki tərəflərin imzaladığı müqavilələrə söykənən həll yolunu dəstəklədiyini bir daha bildirir. Yekun qərar isə xarici təzyiq və hazır formullar olmadan Kipr xalqı tərəfindən verilməlidir”, - Kreml rəhbəri bildirib.