​Putindən bu ölkələrə haker xəbərdarlığı

Bəzi ölkələr geopolitik məqsədləri üçün kiber ordu yaradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
O, kiberhücumlara qarşı sərt addımların atılmasının vacibliyini bildirib:
“Rusiyada internet təhlükəsizliyi artırılmalıdır. İnternetdə radiklar fikirləri yayanlara qarşı tədbirlər görməliyik. Bəzi ölkələr informasiya məkanında iqtisadi və geopolitik çıxarlarını nəzərə alaraq rəqiblərinin imkanlarını məhdudlaşdırmaq üçün haker ordularından istifadə edir”.