​Putindən bakılıya təklif: Bu şəhərin qubernatoru ol

Baxış sayı:
6691

Rusiya Prezidenti Vladimir Putin Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Aleksandr Beqlova Sankt-Peterburqun qubernatoru vəzifəsini yerinə yetirməyi təklif edib.
 
Muxalifet.az xəbər verir ki, Sankt-Peterburqun vəzifəsindən istefa vermiş qubernatoru Georgi Poltavçenko Birləşmiş Gəmi Təmiri Korporasiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, Georgi Poltavçenko Bakıda anadan olub. O, 2011-ci ildən Rusiyanın Şimal paytaxtının qubernatoru vəzifəsində çalışırdı.
Aleksandr Beqlov da Bakıda doğulub. O, Sankt-Peterburqun vitse-qubernatoru, Rusiya Prezidentinin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini və bir sıra digər məsul vəzifələrdə çalışıb.