Putindən Ankaraya Suriyadakı NİZAMI DƏYİŞƏCƏK TƏKLİF

Baxış sayı:
4586

Rusiya prezidenti Vladimir Putin, Suriyada müxalifətçilər ilə rejim qüvvələrini bir araya gətirəcək Milli Konqresə terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin qoşulmasını istəməyən Ankaraya "O zaman Konqresə PYD-dən kənar Kürdlər qatılır" formulu təklif edib. Xəbərə görə, Ankara bu təklifə isti yanaşıb.
 
Xəbərə görə, Rus güclərinin Suriyadakı iki daimi bazası olan Hmeymim və Tartusda qalmasının Ankaranın Suriyayla bağlı planlarını da nəzərdən keçirməsinə imkan verəcəyi fikrini prezidenti Ərdoğanla bölüşən Putin, Türkiyənin keçirmək istədiyi Afrin əməliyyatında Rusiyanın dəstəyini ala biləcəyi mesajını verib.
Ankaradakı diplomatik mənbələrə görə, bu mesaj, Suriya Milli Dialoq Konqresini toplamaq üçün Əsəd ilə Ərdoğan arasında sanki "moderatorluq” rolu oynayan Putinin, tərəflərin gözləntilərini yerinə yetirmək üçün yeni formullar ortalığa qoyduğu anlamına gəlir. Belə ki, Putin Ərdoğanla görüşündə Ankaranın terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin konqresə qatılmayacağı istiqamətindəki tələbini anlayışla qarşıladığını dilə gətirməkdən çəkinməyib.
Putin-Ərdoğan görüşünü yaxından izləyən diplomatik mənbələr, Suriya Milli Dialoq Konqresinin PYD-dən kənar Suriyalı Kürdlərin iştirakı ilə toplana biləcəyi məsələsində Ərdoğanla Putinin həmfikir olduğunu bildirir.
 
ƏRDOĞAN TƏKLİFƏ İSTİ BAXIR
 
Bu istiqamətdəki təklifi Putinin dilə gətirdiyi, Ərdoğanın da bu mesaja yaşıl işıq yandırdığı iddia edilir. Suriya Milli Dialoq Konqresinin 2018-ci ilin əvvəllərində toplanması üçün hazırlıqlarını sürətləndirən Ankara, bu səbəblə yeni Soçi görüşü olacağını və bu görüşdə Suriya məsələsində Ankara-Moskva əməkdaşlığının detallarının daha da aydın olacağını vurğulayır.
Qeyd edək ki, Putin, Türkiyə səfəri öncəsində sürpriz bir şəkildə Suriyadakı Rus hərbi bazası Hmeymimə gedərək Əsədlə görüşüb.Rejim qüvvələrinin Rusiyanın dəstəyi ilə İraq sərhədindəki Əbu Kamal rayonunu da almasından sonra Suriyadakı hərbi əməliyyatların sona gəldiyini açıqlayan Putin, siyasi həll üçün xüsusilə Türkiyə, İran və Suriya arasında bir anlaşma təmin etməyə çalışır. Putin məhz buna görə Suriya Milli Dialoq Konqresinin toplanmasına böyük əhəmiyyət verir. Ayrıca Putinin Suriyadakı bütün tərəfləri konqresə dəvət edərkən Türkiyəyə xüsusilə ehtiyacı olduğunu vurğulayır. Bu da ona görədir ki, Türkiyənin Suriyalı müxaliflər üzərində güclü təsiri var. Putin, bu gün Türkiyə ilə Suriya arasında açıq bir şəkildə koordinasiya aparır. Bu koordinasiyanın nəticələrini almaq üçün də həm Əsədlə, həm də Ərdoğanla tez-tez görüşür.
Müxalifət.az