Putindən ABŞ raketlərini VURMASINI İSTƏYİRLƏR

Baxış sayı:
2893

Dünya, İngilis mətbuatının "Rus deputatları, Vladimir Putinə Suriyaya buraxılacaq ABŞ raketlərini vurmaq çağırışı edib" iddiasını danışır.
 
İngilis “Daily Telegraph” qəzeti, bəzi radikal mövqedə duran Rus deputatlarının Rusiya lideri Vladimir Putinə Suriyaya buraxılacaq ABŞ raketlərinin vurulması çağırışı etdiklərini yazıb.
Daha əvvəl Rusiya Dumasının komitə sədrinin müavini, keçmiş hərçi Frants Klintsevich, ABŞ-ın döyüş gəmisindən raket atıldığı təqdirdə "Rusiya bu Tomahawk raketlərini vuraraq salmalıdır" - deyib.
Dumanın Müdafiə Komitəsinin sədri Vladimir Şamanov isə, Moskvanın Suriyadakı qeyri-qanuni hərəkətlərə cavab verəcəyini iddia edərək, "Lazım gələrsə hərbi tədbirlər görülməlidir" deyə, bildirib.
Xəbərdə Rusiyanın çərşənbə axşamı hərbi təlim keçirdiyini və alçaqdan uçan uzun mənzilli kruz raketlərini aşkar və məhv etmək üzərində çalışdığı qeyd olunub.
“Daily Telegraph”a görə ABŞ prezidenti Donald Tramp da Bəşər Əsədə hərbi bir cavab verilməsi üçün Respublikaçı senatorların təzyiqi altındadır. Cənubi Karolina ştatının Respublikaçı senatoru Lindsey Qrehem, Trampın Suriyanı vurmamasının rəhbərlik dövrünün ən böyük xətası olacağını deyib.
Müxalifət.az