Putindən 5 milyard dollarlıq S-400 imzası!

Baxış sayı:
5758

 Rusiya prezidenti Vladimir Putinin müşaviri Yuriy Uşakov, Hindistana 5 milyard dollar dəyərində S-400 sistemlərinin göndərilməsinə dair müqavilənin, Putinin Hindistana səfəri zamanı imzalanacağını açıqlayıb.
 
Yuriy Uşakov, "Dar formatdakı görüş zamanı hərbi texnika sahəsindəki əməkdaşlığa böyük diqqət çəkiləcək" - deyib.
“Bu bizim əməkdaşlığımızın fəal mahiyyətlərindən biridir” – deyən Uşakov, “Ölkələr arasında hərbi məqsədli inkişaf etmiş məhsulların birgə istehsalı həyata keçirilir. Bu səfərin əsas ghadisəsi S-400 Triumf raket sistemlərinin göndərilməsi haqqında müqavilənin imzalanması olacaq. Müqavilənin dəyəri 5 milyard dollardan çoxdur" deyərək, sanki bu müqavilənin əleyhinə olan ABŞ-a qıcıq verib.
Müxalifət.az