Putin Zelenskini təbrik edəcəkmi? - Peskov açıqladı

Baxış sayı:
12001

Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir:
"Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır".