Putin-Zelenski dostluğu güclənir - Yenə görüşəcəklər

Baxış sayı:
522

Ukrayna prezidenti Vladimir Zelenski məqsədinin Ukraynadakı müharibəyə son qoymaq olduğunu bildirib. Publika.az-ın xəbərinə görə, prezident "Rusiya 1" kanalına müsahibəsində bildirib ki, Donbas üzrə "Norman formatı" çərçivəsində görüş, Ukraynada müharibəyə son qoyulmasına şans yaradır. "Moskva. Kreml. Putin" verilişinin jurnalistləri Zelenskiyə "Vladimir Putinlə görüş necə keçdi?" sualını ünvanlayıblar. Zelenski: "İlk görüşdə çox vacib məsələləri müzakirə etdik. 4 aydan sonra növbəti görüş baş tutacaq. Çünki çoxsaylı məsələləri bir görüşlə həll etmək olmaz". Qeyd edək ki, 9 dekabrda "Norman dördlüyü"nün rəhbərləri Paris görüşünün yekunlarına dair kommünike qəbul edib. Sənəddə qeyd olunub ki, Minsk sazişi "Norman formatı" çərçivəsində baza rolunu oynayır. Eyni zamanda 2020-ci il martın sonunda Donbasın 3 nöqtəsinə əlavə qüvvələrin ayrılması planlaşdırılır.