Putin zədəsindən danışdı

Baxış sayı:
10327

Rusiya prezidenti Vladimir Putin Soçidə məşqdə aldığı zədədən danışıb.
RİA “Novosti"nin məlumatına görə, o, zədəsinin ağır olmadığını bildirib.
“Bir az dartdım, dırnağım çıxdı”, - deyə o vurğulayıb.
Putin zarafatla “qız deyiləm, ağlamayacağam” deyərək rusiyalı qadın cüdoçuların ən yaxşılardan olduğunu bildirib.