​Putin zədəli halda xokkey oynayacaq

Baxış sayı:
9406

Rusiya prezidenti Vladimir Putin özünü normal hiss edir, cüdoçularla məşq zamanı barmağının zədələnməsi bu gün xokkey oynamasına mane olmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov deyib. 
“Vladimir Putin özünü əla hiss edir və Belarus prezidenti Lukaşenko ilə görüşə, sonra isə xokkey oynamağa hazırlaşır”, - deyə Peskov jurnalistlərə bildirib. 
Qeyd edək ki, Putin dünən axşam cüdo üzrə bir saatlıq məşqdə iştirak edib. O, Olimpiya çempionu Beslan Mudranovla məşq zamanı sağ əlinin barmağını zədələyib.