Putin Yerevan küçələrində öz “Aurusu”u ilə gəzdi - ERMƏNİ SERİYALI “MERCEDES” PESKOVA QALDI...

Baxış sayı:
12286

Yerevanda ötən gün keçirilmiş Avrasiya İqtisadi Birliyinin ali şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə erməni tərəfi ARM 007 dövlət nömrəli “Mercedes” miniveni ayırıb.

Lakin Putin Yerevan küçələrində özünün Rusiya dövlət nömrə nişanlı “Aurus” limuzini ilə hərəkət edib və erməni tərəfinin ayırdığı “Ceyms Bond nömrəli” avtomobil onun mətbuat katibi Dmitri Peskovun, habelə beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun ixtiyarında qalıb.