Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini TƏSDİQLƏDİ

Baxış sayı:
1093

Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Rusiya prezidenti bununla bağlı bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, iyunun 22-də Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib və imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilməsinə dair qərar imzalayıb.
Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.