Putin vəzifə avtomobilini SATIŞA ÇIXARDI: QİYMƏTİ İSƏ...

Baxış sayı:
883

Rusiya prezidenti Vladimir Putin, vəzifə avtomobilini satışa çıxarıb. Avtomobil, 8.5 milyon rubl, yəni təxminən 560 min lirəyə satılacaq.
 
“Dünya” qəzetində yer alan xəbərə görə, avtomobil klassik satış üsulu ilə deyil, internet üzərindən yeni sahibini tapacaq. Rusiyanın ən əhəmiyyətli internet şirkətlərindən biri olan Auto.Ru adlı avtomobil saytından vitrinə çıxarılan avtomobil 15 yaşındadır. 2003-cü ildə Almaniyada xüsusi sifarişlə istehsal olunan avtomobil, Mercedes-Benz Pullman W220 S600-dür.


 
15 İLDƏ 88 MİN KM YOL GEDİB
 
Avtomobil 15 ildə 88 min kilometr yol qət edib. Bu da dünyanı iki dəfə dövrə vurmaq anlamına gəlir. Auto.Ru-nun satış elanında, "Rusiya prezidenti Vladimir Putin bu maşınla bir çox rəsmi görüşlərə gedib" deyilib.
Avtomobili digərlərindən fərqləndirən isə zirehli quruluşudur. B7 səviyyəsində mühafizə sisteminə malik olan avtomobil, dünyanın ən yaxşı qorunan dövlət başçılarından Putinin əvvəlki vəzifə avtomobilidir. B7 səviyyəli vəzifə maşınları ABŞ prezidentindən tutmuş, Papaya qədər bir çox adamın qarajında yer alıb.
Müxalifət.az