​Putin əvvəlki reytinqini geri gətirə bilməyəcək - Siyasi ekspert Valeri Solovey

Baxış sayı:
2632

Rusiya prezidenti Vladimir Putin bundan sonra öz reytinqini vətənpərvər və militarist ritorika hesabına artıra bilməyəcək.
Bunu “Siapress”ə müsahibəsində rusiyalı siyasi ekspert Valeri Solovey deyib. Onun sözlərinə görə, bu metodlar Putinə 2014-cü ildən indiyə qədər populyarlığını artırmaq üçün yararlı olsa da, indi bu imkanlarını itirməyə başlayıb:
“Bu ritorika təsirini 2016-cı ildən itirməyə başlayıb. İndi bu təsir tam yoxa çıxır. Yalnız 20% rusiyalı Rusiyanı böyük güc hesab edir, yerdə qalanlar isə onun böyüklüyünə özlərinin imkanlarına uyğun olaraq qiymət verirlər. Artıq situasiyanı 2014-cü ildəki səviyyəyə gətirmək mümkün deyil”.