Putin varisinin səlahiyyətlərini niyə azaldır-ömürlük hakimiyyət üçün?

Baxış sayı:
730

Rusiyanın baş naziri Dmitri Medvedyev, 2024-cü ildə prezidentlik müddəti bitdikdən sonra hakimiyyəti təhvil verməyi və nüfuzunu qorumağı planlaşdıran prezident Vladimir Putinin hökuməti qəfil silkələməsindən sonra istefa verdi.
Putin vaxtilə prezident vəzifəsini icra edən müttəfiqi və siyasi tərəfdaşı olan Medvedevin istefasını qəbul etdi. Medvedev isə Rusiya hökuməti strukturunda Təhlükəsizlik Şurası sədrinin müavini olaraq qalacaq (Təhlükəsizlik Şurasının rəhbəri Rusiya Federasiyasının prezidentidir).

Medvedevin istefasından üç saata yaxın vaxt keçdikdən sonra Putin Rusiyanın baş vergi xidmətinin rəhbəri Mixail Mişustini baş nazir postuna təyin etdi.
Bu sərt addımlar Putinin Rusiya millət vəkillərinə hər ilki mesajı verdikdən və ciddi konstitusiya dəyişiklikləri, o cümlədən geniş səlahiyyətlərin parlamentə təhvil verilməsini, o cümlədən baş nazir təyin etmək imkanını irəli sürdükdən dərhal sonra atıldı. Hazırda bu prezidentin səlahiyyətindədir.
Putin, prezidentlik müddəti dörd ildən sonra başa çatmasının ardınca da təsirini qoruma vasitəsi ola bilməsi üçün, prezident yanında məsləhət orqanı olan Dövlət Şurasının statusunu dəyişdirməyə çağırdı.
Medvedevin Təhlükəsizlik Şurasına keçməsi Putinin Qazaxıstan yolunu kopyalamaq istəməsi ehtimalını artırdı. Keçən ilin martında sabiq prezident Nursultan Nazarbayev istefa verdi, ancaq Təhlükəsizlik Şurasının ömürlük sədri oldu və bu onu hökumət strukturlarına birbaşa təsirli şəxs etdi.

Çərşənbə günü parlamentdəki çıxışında Putin yenidən prezidentliyin iki seçimlə məhdudlaşdırılmasını təklif etdi. Bu o deməkdir ki, artıq üçüncü müddətə seçilməkdən söhbət gedə bilməz. O, həm də səlahiyyətlərin prezidentdən parlamentin aşağı palatasına ötürülməsini planlaşdırdığını bildirdi-bu addımla varisin təsirini azaldacaq.
"The Washington Post"
Muxalifet.az