Putin və Zelenski arasında ilk təmas - Kreml açıqladı

Baxış sayı:
12049

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamsında deyib.
O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.
“Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub” – deyə Peskov bildirib.
Tərəflər həmçinin Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar.